mobil versiya

Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql olunan qazın həcmi 5,5 milyard kubmetri ötüb




Yanvar-mart aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 11 milyard 133,6 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 1,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, üç ayda qaz nəqlinin 50,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 1,3 faiz artaraq 5 milyard 582,1 milyon kubmetr təşkil edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-04-2024, 13:25