Bakı–Tbilisi–Ceyhan kəməri ilə 17,6 milyon tondan çox neft daşınıb
Yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 76,5 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76,3 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyul ayları ərzində bu kəmərlə 17 milyon 615 min ton neft nəql edilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,5 faizini və ya 14 milyon 706,3 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 faizini və ya 2 milyon 908,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 15-08-2023, 10:51