mobil versiya

BRİKS-ə daha bir öılkə qoşulmaq istəyir



Şri-Lanka yaxın vaxtlarda BRİKS-ə qoşulmağı gözləyir.
Bu barədə jurnalistlərə ada dövlətinin Rusiyadakı səfiri Canita Liyanage deyib.
Diplomatın sözlərinə görə, ölkə hakimiyyəti bu məsələni müzakirə edir.
Liyanage bildirib ki, BRİKS-ə qoşulmaq Şri-Lankaya nəqliyyat və ərzaq təhlükəsizliyini təmin etməyə imkan verəcək, həmçinin digər faydalar gətirəcək: “Dünən müzakirələr aparılıb və həqiqətən də yaxın gələcəkdə BRİKS-ə qoşulmaq istəyi var. Bu, təhlükəsizliyi, həm nəqliyyat, həm qida, həm də daha çox şeyləri təmin etməyə imkan verəcək”.

KARUSEL / DÜNYA
Tarix: 24-04-2024, 13:58