mobil versiya

Pakistan BRICS-ə üzv olmaq üçün müraciət etdiyini təsdiqləyir




Pakistan BRİKS qrupuna üzv olmaq üçün müraciət etdiyini təsdiqləyib. 
Pakistanın Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət beş dövlətli bloka qoşulmaq təklifi, inkişaf etməkdə olan iqtisadiyyatlar qrupunun 2024-cü ildə Moskvanın sədrliyi altında altı yeni üzvlə ən böyük genişlənməsinə hazırlaşdığı bir vaxta təsadüf edir.
Bu il Cənubi Afrikada keçirilən BRICS sammitində Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni üzvlər kimi rəsmən qəbul edilib.
Onlar 2024-cü ildə Rusiyada keçiriləcək sammit zamanı rəsmi olaraq qoşulacaqlar.
Bu barədə xarici işlər nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç həftəlik mətbuat brifinqində deyib: "Bəli, Pakistanın inkişaf etməkdə olan ölkələrin mühüm qrupu olduğuna inandığımız BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət etdiyini təsdiq edə bilərəm".
Bəluç deyib ki, Pakistan BRİKS-in əksər üzvləri, eləcə də yeni dəvət olunmuş ölkələr qrupu ilə dostluq əlaqələri saxlayır. O bildirib ki, çoxtərəfliliyin güclü tərəfdarı və bir sıra çoxtərəfli təşkilatların üzvü kimi Pakistan qlobal sülhün və inkişafın təmin edilməsində mühüm rol oynayıb.
“Biz inanırıq ki, BRİKS-ə qoşulmaqla Pakistan beynəlxalq əməkdaşlığın təşviqində və inklüziv çoxtərəfliliyin canlanmasında mühüm rol oynaya bilər. Biz həmçinin ümid edirik ki, BRICS Pakistanın tələb etdiyi kimi, inklüziv çoxtərəflilik öhdəliyinə uyğun olaraq irəliləyəcək”.
KARUSEL / DÜNYA
Tarix: 24-11-2023, 10:44