mobil versiya

Ana və 5 yaşlı qızı dəm qazından zəhərləndi - Vəziyyətləri ağırdır



Gəncədə ana və azyaşlı qızı dəm qazından zəhərlənib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bağmanlar qəsəbəsi adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən qaz sobasının qəfil sönməsi nəticəsində ana və qızı zəhərlənib.

1992-ci il təvəllüdlü Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma Quliyeva zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Vəziyyəti ağır olan şəxslər reanimasiya şöbəsinə yerləşdirilib.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 22-12-2019, 19:00