Amerika qoşunlarının Nigerdən çıxarılması bu gün müzakirə olunacaq
ABŞ və Niger nümayəndələri bu gün Niameydə görüşəcəklər.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
Onun sözlərinə görə, görüşün mövzusu Amerika qüvvələrinin Afrika ölkəsindən çıxarılması olacaq.
Görüşdə Amerika tərəfini ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitzibbon və Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil edəcək.
KARUSEL / DÜNYA
Tarix: 25-04-2024, 09:09