mobil versiya

Səfir: “Gürcüstan-Azərbaycan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası gələn ilin əvvəlində keçiriləcək”



“Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın növbəti iclası 2020-ci ilin əvvəlində keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, hazırda əsas vəzifə sərhəddəki vəziyyətlə bağlı status-kvonun bərpa olunmasıdır: “Gürcüstan baş nazirinin Azərbaycana səfəri zamanı status-kvonun mərhələli şəkildə bərpa olunması barədə razılıq əldə edilib. İlk növbədə, ruhanilərin məbəd kompleksinin bütün ərazisində sərbəst şəkildə hərəkət etmək imkanları var”.

Z.Pataradzenin sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətləri çox önəmlidir və istənilən məsələ iki dost ölkə arasındakı münasibətlərə uyğun həll olunmalıdır. 

KARUSEL / SİYASƏT
Tarix: 23-12-2019, 18:15