Gürcüstan Milli Bankı qızıl və gümüş sikkələr buraxıb Gürcüstan Milli Bankı qızıl və gümüş sikkələr buraxıb
Gürcüstan Milli Bankı nominal dəyəri 5 lari olan qızıl və gümüş sikkələr buraxıb. APA-nın yerli bürosu Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, sikkələrin dizaynı Mamuka və Nita Qonqadzelərə məxsusdur. Reqbi oyunlarına həsr edilən sikkələr Litvadakı zərbxanada hazırlanıb.Yeni kolleksiya sikkələri 29 avqust 2019-cu ildə satışa çıxarılacaq. /APA/
DÜNYA / İQTİSADİYYAT
Tarix: 28-08-2019, 15:56



























