Üç uşaq anası evinə gələn kişiyə qoşulub qaçıb - VİDEO
Mingəçevirdə qadın üç uşağını və ərini ataraq evdən gedib.
Ruqiyyə adlı qayınana gəlininin bu hərəkətini ictimailəşdirib.
Qayınana ARB-nin "Elgizlə izlə" proqramında gəlini Səidənin evinə gəlib-gedən adama qoşulub qaçdığını bildirib.
Səidə efirə zəng vuraraq bu addımında baldızını günahlandırıb. O, baldızının evə kişi gətirdiyini deyib: "Evdə heç kim olmayanda baldızım evə adam gətirirdi".
Qayınana Ruqiyyə xala gəlininin yalan danışdığını deyib:
"Yalan deyir. Baldız onun bu işinin üstünü açdıbu sözlərinin qisas almaq üçün belə deyir".
Qeyd edək ki, Səidənin atıb getdiyi uşaqların böyüyünün 7 yaşı var. Həyat yoldaşı onunla boşanaraq, aliment tələb etmək istədiyini bildirib.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 25-12-2019, 19:40