mobil versiya

Başqasının arvadını qaçıran oğlanın ETİRAFI: "Dözə bilmədim" - VİDEO



Bakıda 22 yaşlı qadın ərini və iki uşağını atıb 1 həftədir tanış olduğu oğlana qoşulub qaçıb. Altı illik həyat yoldaşını atan qadn qaçarkən azyaşlı uşaqlarını da özü ilə götürməyib. Uşaqlarının biri 4, digəri 3 yaşındadır. Aytən yaşıdı olan sevgilisi ilə "İnstagram"da tanış olub. Həyat yoldaşını sevmədiyini deyərək oğlanla görüşüb. Yeni sevgililər Bakıda kirayə tutduqları evdə yaşayırlar.

Aytənin qoşulub qaçdığı 22 yaşlı Murad (ad şərtidir) kafe işlətdiyini və bu bərabərliyə artıq valideynlərinin də razı olduğunu deyib.

O, başqasının arvadını götürüb qaçmasına zünə belə haqq qazandırıb:

"Elə bir söhbət oldu ki, dözə bilmədim. Çox qəmli həyat yaşayırdı. Əri ilə xoşbəxt deyildi, onu çox sıxırdı. Xoşbəxt etmək istədim".  


Sevil 6 illik həyat yoldaşını sevmədiyini, onunla xoşbəxt olmadığını, sevdiyi biri ilə yaşamaq arzusunda olduğunu söyləyib. Qadın uşaqlarından imtina edib.

Onların bu hərəkəti ekspertlər və tamaşaçılar tərəfindən hiddətlə qarşılanıb.//BAKU.WS


KARUSEL / HADİSƏ / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 26-10-2019, 13:20