mobil versiya

Azərbaycanda vəhşilik: Kişi boşandığı arvadını əvvəlcə döyüb sonra öldürdü - TƏFƏRRÜAT



Ötən gün Beyləqanda ər arvadını vəhşicəsinə öldürüb

BAKU.WS
xəbər verir ki, hadisə Beyləqan rayon Gigiyena və Epidemologiya Mərkəzinin həyətində baş verib.

Xəstəxananın həyətində 1990-cı il təvəllüdlü Namiq İsmayıl oğlu Quliyev keçmiş arvadı 1993-cü il təvəllüdlü Könül Bərmən qızı Bəhrəmli ilə mübahisə edib.

Mübahisə zamanı kişi arvadını döyüb. Daha sonra cibində gəzdirdiyi bıçaqla qadının sağ bazu, döş qəfəsinin arxa və yan səthinə bıçaqla bir neçə zərbə vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Bildirilir ki, cütlük bir müddət əvvəl ayrılıb. Namiq Quliyev isə bununla barışmayıb. Kişi keçmiş yoldaşını qısqandığı üçün öldürüb.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Quliyev Namiq İsmayıl oğlunun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 12-10-2019, 12:00