mobil versiya

Sumqayıtlıdan ofisiant işləyən arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT


Kürdəmir rayonunda arvadını bıçaqlamaqda təqsirli bilinən Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Anar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reportyor.az Teleqraf.com-a istinadən xəbər verir ki, Anar Babayev 11 noyabr 2018-ci il tarixdə, saat 11 radələrində kirayədə yaşadığı Kürdəmir rayonunda, fərdi yaşayış evinin həyətində arvadı Dürsədəf Babayeva ilə mübahisə edib.

Ər-arvad arasında yaranan mübahisəyə səbəb sonununcunun kafedə işləməsi olub. O, hadisədən əvvəl arvadına kafedə ofisiant işləməsini qadağan edib. Amma qadın ərinin sözünə əhəmiyyət verməyib və kafedə işləməyə davam edib.

Hadisə vaxtı sərxoş olan Anar Babayev arvadı ilə mübahisə edib, o, arvadına bir neçə bıçaq xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Anar Babayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
MANŞET / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 13-09-2019, 00:07