mobil versiya

Neftçalada narkokuryer saxlanılıb




Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət Mirzəyev saxlanılıb. Ondan bir kiloqramdan artıq tiryək və heroin aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Araşdırma zamanı D.Mirzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən olunub.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 21-05-2024, 09:21