mobil versiya

Ucarda narkokuryerdən 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb


Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov saxlanılıb. Ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Araşdırmalarla zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 15-05-2024, 09:17