mobil versiya

İstifadəsiz tikilidə gizlədilən 4 kiloqram narkotik aşkarlanıb



Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Lətif Bağışov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı Lətif Bağışovdan 540 qram marixuana aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı L.Bağışovun Masallı şəhəri ərazisindəki istifadəsiz tikilidə gizlətdiyi ayrı-ayrı bükümlərdə qablaşdırılmış, ümumilikdə, 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 20-06-2023, 10:24