mobil versiya

Təbrizdə vida mərasimi keçirilir



Mayın 19-da helikopter qəzasında həlak olmuş İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Təbrizdə vida mərasimi keçirilir.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, Təbrizdən sonra həlak olanların cənazələri paytaxt məscidində ümumi cənazə namazı üçün Tehrana göndəriləcək.
Qeyd edək ki, İbrahim Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.

KARUSEL / DÜNYA
Tarix: 21-05-2024, 11:29