mobil versiya

“Gimnastika hamı üçün” adlı beynəlxalq turnir keçiriləcək



Bakıda “Gimnastika hamı üçün” adlı ikinci beynəlxalq “Challenge” turniri keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda iştirak edəcək.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstərəcəklər. Festival ustad dərsləri, komandaların rəngarəng yürüşləri, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə - 1 iyunda start götürəcək və növbəti gün Qala şou ilə davam edəcək tədbirdə gimnastikanın sadəcə idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğu nümayiş ediləcək.
Beynəlxalq “Challenge” turniri Dənizkənarı Milli Parkda təşkil olunacaq.

KARUSEL / İDMAN
Tarix: 22-05-2024, 17:50