mobil versiya

Çin Ərəb maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsini alqışlayır



Rəsmi Pekin Çin və Ərəb maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsini alqışlayır.
Bunu Çin-Ərəb Əməkdaşlıq Forumunun 10-cu nazirlər iclasının açılış mərasimində Çin sədri Si Cinpin çıxışında deyib. Çin liderinin sözlərinə görə, ölkəsi neft, qaz, ticarət və infrastruktur, eləcə də investisiya və süni intellekt kimi başlıca sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir:"Çin həmçinin, maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsini və ərəb banklarının transsərhəd banklararası ödəniş sisteminə qoşulmasını dəstəkləyir".
Si Cinpin əlavə edib ki, ölkəsi rəqəmsal valyuta mübadiləsini gücləndirməyə və mərkəzi banklar arasında əməkdaşlığı gücləndirməyə hazırdır”.
KARUSEL / DÜNYA
Tarix: 30-05-2024, 08:59