mobil versiya

Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq




İyunun 13-14-də gündüz saatlarında Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında iyunun 13-ü gündüzdən 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

KARUSEL / ÖLKƏ
Tarix: 12-06-2024, 16:56