Pentaqon rəhbəri: “ABŞ qoşunları İraqı tərk etməyəcək”
ABŞ-ın müdafiə naziri Mark Esper bildirib ki, Birləşmiş Ştatlar qoşunlarının İraqdan çıxarılması barədə qərar verməyib.
Bu barədə “Report” “Associated Press”ə istinadən məlumat yayıb.
"İraqı tərk etmək barədə heç bir qərar olmayıb", - Esper deyib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İraqı Bağdad tərəfindən "düşmənçilik olacağı təqdirdə" sanksiyalarla hədələyib. Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, rəsmi Bağdad Amerika aviabazası üçün Vaşinqtona ödəməyincə, ABŞ qoşunları İraqdan çıxmayacaq.
Qeyd edək ki, İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Ölkə parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinə son qoyulmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib.
KARUSEL / DÜNYA
Tarix: 7-01-2020, 11:20