Ditmir Buşati: Bizim seçkilərə müdaxilə etmək, kömək etmək və s. bu kimi səlahiyyətlərimiz yoxdur
“Bizim seçkilərə müdaxilə etmək, kömək etmək və s. bu kimi səlahiyyətimiz yoxdur, biz sadəcə üzv dövlətin dəvəti əsasında monitorinq aparmaq, prosesi izləmək üçün dəvət olunmuşuq”.
Bunu DTİHB müşahidə missiyasının rəhbəri Ditmir Buşati ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun müşahidəçiləri (DTİHB) Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə missiyasının açılışı ilə bağlı mətbuat konfransında deyib.
AŞPA-nın seçkini müşahidə üçün dəvət olunmaması ilə bağlı suala cavab olaraq missiya rəhbəri deyib ki, o, ATƏT-in adından Azərbaycandadır, digər hər hansı təşkilatın prosesi izləmək üçün dəvət olunub-olunmaması barədə şərh verməsi doğru deyil.
“Biz bütün təşkilatlarla əməkdaşlığa hər zaman açıq olmuşuq və bizim mövqeyimiz dəyişməyib. Biz beynəlxalq prinsiplərə əsaslanan metodologiya əsasında prosesi izləyəcəyik”, - deyə Ditmir Buşati vurğulayıb.(apa)
KARUSEL / SİYASƏT
Tarix: 1-08-2024, 11:43