mobil versiya

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib - Faktiki hava



Avqustun 5-i saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

KARUSEL / ÖLKƏ
Tarix: 5-08-2024, 09:21