mobil versiya

Ötən ay 8 mindən çox elektron arayış alınıb



Bu ilin iyul ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 8 min 151 elektron arayış alınıb.
Bu barədə Fondun mətbuat xidmətindən məlumat verilib.
Həmin arayışların 2 min 403-ü pensiya, 3 min 553-ü müavinət və təqaüd, 1 248-i fərdi şəxsi hesab, 217-si ünvanlı dövlət sosial yardımı, 91-i torpaq pay mülkiyyətçisi, 275-i sosial sığorta şəhadətnamə nömrəsi, 152-si şəhid ailəsi üzvü, 56-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 89-u sağlamlıq imkanları məhdud olan uşaqlar, 63-ü əlilliyi olan şəxslərə qulluq, 4-ü Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

KARUSEL / SOSİAL
Tarix: 6-08-2024, 10:59