Dörd ayda sosial sahə üzrə 135,5 min e-arayış verilib
Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 135,5 min elektron arayış verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və sair sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində 30-dan çox e-arayış xidməti istifadəyə verilib.
Həmin e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin olunma, fərdi şəxsi hesab və sair barədə arayış əldə etməyə imkan yaradır.
KARUSEL / SOSİAL
Tarix: 27-05-2024, 15:10