Estoniya Rusiya ilə sərhəddə tam gömrük nəzarətinə başlayıb
Estoniya Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edib.
ERR xəbər verir ki, əvvəllər bu, təsadüfi seçmə qaydada həyata keçirilirdi.
Sərhədi piyada keçənlər üçün tam gömrük nəzarəti hər bir şəxsin və onların baqajının yoxlanılması demək olacaq. Əgər şəxs avtomobillə sərhədi keçərsə, həm nəqliyyat vasitəsi, həm də içindəki əşyalar yoxlanılacaq. Tədbir Narva, Koidula və Luhamaa keçid məntəqələrinə təsir edəcək.
Estoniyanın baş naziri Kristen Miçal bildirib ki, sanksiya tətbiq edilən malların Estoniya ərazisindən daşınmasının qarşısını almaq üçün tam gömrük nəzarəti tətbiq edilir. Ölkənin maliyyə naziri Yurgen Liqa aydınlaşdırıb ki, belə mallar arasında “çox şübhəli şeylər” var – məsələn, hərbi və ya qarışıq istifadə üçün nəzərdə tutulan əşyalar.
KARUSEL / DÜNYA
Tarix: 8-08-2024, 11:04