Avropa ölkələri Belarusa da sanksiya tətbiq edilməsini təklif edir
Bəzi Avropa ölkələri Rusiya ilə paralel olaraq Belarusa da sanksiya tətbiq edilməsini təklif edir.
APA-nın Polşa Radiosuna istinadla xəbərinə görə, Polşa, Litva, Latviya və Estoniya müvafiq layihəni Avropa Komissiyasına təqdim edib.
Layihə mətnində Rusiyaya tətbiq edilmiş sanksiyaların Belarusa münasibətdə sinxronlaşdırılması təklif edilir. Müəlliflərin fikrincə, sanksiya tətbiq olunaraq rəsmi Minsk Rusiyaya dəstəyini dayandıracaq. Eyni zamanda Rusiya Belarus vasitəsi ilə sanksiyalardan yayına bilməyəcək.
DÜNYA
Tarix: 15-10-2022, 17:50