mobil versiya

Aİ-nin əndişəsi - qazın qiyməti məhdudlaşdırılsa Rusiyanın cavabı nə olacaq?




Avropa İttifaqı ölkələri Rusiya qazına qiymət məhdudiyyəti tətbiq ediləcəyi təqdirdə Moskvanın cavab tədbirindən və tədarükü tamamilə dayandıracağından ehtiyatlanır.

“Financial Times” qəzeti bu barədə Avropa İttifaqında olan mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, ittifaqın ən azı 10 ölkəsi bütün təchizatçılar üçün ümumi məhdudiyyətlərin tərəfdarıdır. Onlar məhdudiyyətlərin yalnız Rusiyaya qarşı tətbiqinin Moskvanın cavab tədbirlərinə səbəb ola biləcəyindən ehtiyatlanır. Nəşr belə ölkələrın sırasında Yunanıstanı, İtaliyanı və Polşanı xüsusilə qeyd edir. Macarıstan, Avstriya və Niderland isə istənilən məhdudiyyətlərə qarşıdır.

İdxal olunan qaza qiymət məhdudiyyətinin tərəfdarları beynəlxalq təchizatçılara Avropanı təmin etmək üçün stimul vermək məqsədilə Asiya və ABŞ-da mövcud olandan yüksək qiymətlər təyin olunmasını təklif edirlər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sentyabrın 7-də Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqının Enerji Şurasına Rusiya qazı üçün qiymət tavanı müəyyən etmək barədə təklif vermək qərarına gəldiyini bildirib. “Politico” qəzetinin yazdığına görə, Avropa Komissiyası Rusiya qazının qiymətini min kubmetr üçün təxminən 520 avro ilə məhdudlaşdırmaq niyyətindədir.

Azertac

MANŞET / İQTİSADİYYAT
Tarix: 12-09-2022, 11:35