Rusiya Azərbaycan ilə sadələşdirilmiş gömrük dəhlizi yaradır
Rusiya hökuməti Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır.
Bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov məlumat verib.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsinin 35 faiz artdığını deyən Davıdovun sözlərinə görə, Rusiya dost dövlətlərlə sadələşdirilmiş sxemdə logistika marşrutlarını həyata keçirməyi planlaşdırır.
Rusiyalı məmur bildirib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş gömrük dəhlizi ilə daşınması inzibati aparatın yükünü azaldacaq və daşınma prosesinin özünü asanlaşdıracaq.
O deyib ki, bundan başqa, Azərbaycan, Çin və Monqolustanla gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirilir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-10-2023, 16:11