mobil versiya

Son yeddi ayda 314 mindən çox vətəndaş qəbul edilib - DSMF



Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 314 min 516 nəfər vətəndaş qəbul edilib.
Bu barədə Fondun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 117 min 819-u pensiya, 76 min 458-i müavinət, 10 min 553-ü Prezident təqaüdü, 76 min 464-ü ünvanlı dövlət sosial yardımı, 8 min 631-i fərdi uçot və sosial sığorta, 2 min 134-ü dövlət icbari şəxsi sığorta və 22 min 457-si digər istiqamətlərlə bağlı olub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-08-2024, 12:07