mobil versiya

28 May küçəsi təmir olunur



Bakı şəhəri,Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) təmir işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Qeyd olunan hissədə hazırda frezlənmə işləri yerinə yetirilir.

Daha sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-08-2024, 12:22