mobil versiya

HHQ-də döyüş atışlı təlim keçirilib - VİDEO



Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdirilib, hədəf  hesabatı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.
Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.








KARUSEL / ÖLKƏ
Tarix: 27-08-2024, 10:47