mobil versiya

"Naxçıvan" Universiteti ləğv olunub




“Naxçıvan” Universiteti MMC ləğv olunduğunu elan edib.

Bu barədə Vergiler.az məlumat yayıb.
Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.

MMC 1999-cu ildə qeydiyyata alınıb, rəsmi təmsilçisi Anar Kazımov, nizamnamə kapitalı 500 manatdır.
Qeyd edək ki, "Naxçıvan" Universiteti MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb.
Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olub. Sonralar universitet İsmayıl Əliyevin əlindən alınıb və təsisçi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. 
Ötən ilin əvvəlində "Naxçıvan" Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunmuşdu.(AzPolitika.info)

KARUSEL / ÖLKƏ
Tarix: 3-09-2024, 14:11