mobil versiya

Bakıda və Abşeron yarımadasında çimal küləyi güclənib -Faktiki hava



Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.


KARUSEL / ÖLKƏ
Tarix: 5-09-2024, 09:11