Temperatur enəcək, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var - Xəbərdarlıq
Sentyabrın 21-i gündüzədək fasilərələ yağıntılı hava şəraiti davam edəcək.
Milli Hidrometeorologiya Xidməti havayla bağlı xəbərdarlıq edib.
Bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
KARUSEL / ÖLKƏ
Tarix: 17-09-2024, 16:15