mobil versiya

Cəlilabadın 19 yaşayış məntəqəsində qaz olmayacaq



Cəlilabad rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatında fasilə olacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. 

25 sentyabr saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək 19 yaşayış məntəqəsi üzrə 13 171 abonentin (Cəlilabad şəhəri, Uzuntəpə, Sərhədabad, Əliabad, Məşədivəlli, Seyidbazar, Hasıllı, Hacıismayıllı, Astanlı, Suluçeşmə, Fərzili, Abdullu, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı, Muğan, Maşlıq və Söyüdlü kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

KARUSEL / ÖLKƏ
Tarix: 24-09-2024, 09:14