mobil versiya
 Bazar günü, 29 dekabr 2024, 19:25:47  

Bu yay Azərbaycanda ən yüksək temperatur qeydə alınan yerlər açıqlanıb



Bu yay Azərbaycanda ən yüksək temperatur Naxçıvan Muxtar Respublikası (MR) və Mərkəzi Aran rayonlarında qeydə alınıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, son illərdə iqlim dəyişmələrinin artan təsiri bu ilin yay fəslinin də meteoroloji şəraitindən yan keçməyib. Ayrı-ayrı zaman periodlarında isti hava dalğalarının təsiri müşahidə olunub. Bu təsir həm günlük, həm də aylıq temperatur göstəricilərində özünü göstərib. Ərazinin iqlim xarakteristikasına uyğun olaraq ən yüksək temperatur bu yay da Naxçıvan MR-də və Mərkəzi Aran rayonlarında qeydə alınıb.
"Ölkə üzrə ən isti hava iyul ayının 20-də müşahidə olunub. Belə ki, həmin gün havanın maksimal temperaturu Hacıqabulda 43.4 dərəcə istiyədək yüksəlib. Bölgələrdən fərqli olaraq Bakıda və Abşeron yarımadasında ən isti hava avqust ayında qeydə alınıb, maksimal temperatur avqustun 5-də 39 dərəcəyə çatıb", - məlumatda vurğulanıb.
Həmçinin, bildirilib ki, ölkə ərazisində son 10 ildə ən isti yay 2018-ci ildə qeydə alınıb. O zaman havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 44.5 dərəcə, bölgələrdən isə Culfada 45 dərəcə isti müşahidə edilib.(report)

KARUSEL / ÖLKƏ
Tarix: 25-09-2024, 10:18