Azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

ANAMA-dan verilən məlumata görə, sentyabrın 23-dən 29-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 113, tank əleyhinə 217 mina və 450 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1 128.1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
KARUSEL / ÖLKƏ
Tarix: 30-09-2024, 17:14