mobil versiya

AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir.



AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir.

Reportyor.az
xəbər verir ki, bu barədə AZAL xəbər yayıb.
AZAL sərnişinlərinə karbon emissiyalarının kompensasiyası proqramında iştirak edərək səyahətlərini ekoloji cəhətdən daha məsuliyyətli etmək imkanı təqdim edir. Bu könüllü təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə və aviasiyanın ətraf mühitə təsirini azaltmağa yönəlib.
Proqram çərçivəsində AZAL karbon emissiyalarının kompensasiyası sahəsində tanınmış lider şirkətlərdən biri olan “Carbonclick” ilə əməkdaşlıq edir. Bu proqram vasitəsilə AZAL-ın hər bir sərnişini ekoloji layihələrə dəstək verməklə öz uçuşlarının ətraf mühitə təsirini azalda bilər. Kompensasiya prosesini aviabilet alarkən və ya alındıqdan sonra həyata keçirmək mümkündür.
Sərnişinlər bu linkə keçid edərək öz uçuşlarının karbon izini hesablaya və təşəbbüsdə iştirak edə bilərlər: https://azerbaijanairlines.carbon.click/

KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-10-2024, 17:13