mobil versiya

Bu il ölkə ərazisində 47 partlayış hadisəsi baş verib



Cari ilin 9 ayı ərzində ölkə ərazisində 47 partlayış hadisəsi baş verib. Bu 2023-cü ilin 9 ayı ilə müqayisədə 12 hadisə və ya 4% çoxdur.

Reportyor.az xəbər verir ki, bu, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, partlayışlar zamanı 27 nəfər həlak olub, 75 nəfər xəsarət alıb.

2024-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub.

Qeyd olunan dövr ərzində yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb.

Bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 9 nəfər və ya 35%, xəsarət alanlar üzrə 39 nəfər və ya 31% çoxdur.



KARUSEL / ÖLKƏ
Tarix: 31-10-2024, 10:16