COP29 üçün 15 əlavə çarter reysi planlaşdırılır
COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda gündəlik sərnişin axınının 25-27 minə çatacağı gözlənilir.
Bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov COP29-a hazırlıq çərçivəsində hava limanına media turun yekunlarına dair mətbuat konfransında deyib.
Bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu COP29-da gücləndirilmiş iş rejimində işləyəcək.
Bütün prosesləri təmin etmək üçün əlavə işçilər və könüllülər cəlb olunub, işi tənzimləmək üçün işçi qrupu yaradılıb. Hazırda gündəlik sərnişin axını 18-20 min nəfər təşkil edir, COP29 zamanı bu rəqəmin 25-27 minə çatacağı gözlənilir. Gücləndirilmiş rejimdə hava limanı gündə 45-50 min sərnişinə xidmət göstərə biləcək. COP29 üçün 15 əlavə çarter reysi planlaşdırılır.
Əsaslı təmirdən sonra uçuş-enmə zolağı istifadəyə verilib. Taksi yolları təmir edilib, üç yenisi tikilib. Sərnişin daşıma qabiliyyətini artırmaq üçün təhlükəsizlik yoxlama məntəqələrinin sayı artırılıb. Terminallarda 12 özünü qeydiyyatdan keçirmə aparatı və 10 baqaj buraxma məntəqəsi var. Daha sürətli və daha sabit əlaqə təmin etmək üçün internet avadanlığı da yenilənib.
KARUSEL / ÖLKƏ
Tarix: 31-10-2024, 14:36