mobil versiya

Ceyhun Bayramov İrana gedib



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb.

Reportyor.az xəbər verir ki, bu barədə XİN mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

KARUSEL / SİYASƏT
Tarix: Dünən, 09:00