mobil versiya

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq



Milli Hidrometeorologiya Xidməti dekabrın 19-u gecə və səhər bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Reportyor.az xəbər verir ki, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Qazax, Ağstafa, Goranboy, Mingəçevir, Samux, Ceyrançöl, Gəncə, Daşkəsən, Naftalan, Qusar, Şəki, Qax, Zaqatala, Qobustan, Kəlbəcər, Laçın, Qubadlı, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 15:59