Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazları istehsal ediləcək
Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda ilk dəfə olaraq elektromobillərin şarj cihazlarının istehsalına başlayacaq.
Bunu şirkətin texniki direktoru Ruslan Şıxəliyev jurnalistlərə açıqlamasında deyib.
R.Şıxəliyev bildirib ki, şirkətin məhsulları Qarabağ bölgəsində təmir-bərpa işlərində istifadə olunur: “Şirkətimiz 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti olub. İstehsala isə 2024-cü ilin sentyabr ayında başlanılıb. İstehsal sahəsinin birinci mərhələsində 0,4 kV-luq idarəetmə panelləri, 6,10,35 kV-luq elektrik yuvaları istehsal olunur. Müəssisədə əsasən yerli əhali olmaqla, 45 nəfər işlə təmin edilib. İkinci mərhələdə işçilərin sayının 70-80 nəfərə çatdırılması nəzərdə tutulub. Yaxın zamanda istehsal olunan məhsulların xaricə ixrac olunması planlaşdırılır”, - deyə o, bildirib. (azərtac)
KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 17:28