mobil versiya

Azərbaycan ilk dəfə Peruya polipropilen ixracına başlayıb



İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin ixrac coğrafiyası genişlənir.
İZİA-dan bildirilib ki, şirkət tərəfindən ilk dəfə olaraq Cənubi Amerika ölkəsinə - Peruya polipropilen (HB 0356 FR markalı polipropilen) ixrac edilib. Bu ölkəyə ilkin mərhələdə 90 ton məhsul göndərilib.
Qeyd edək ki, “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının ən böyük investorlarından biridir və parkın ərazisində polipropilen və polietilen istehsal olunur. Müəssisədə istehsal olunan məhsullar indiyədək dünyanın 10-dan çox ölkəsinə (Çin, Polşa, Nigeriya, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rusiya, Ukrayna və s.) “Made in Azerbaijan” brendi ilə ixrac edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-06-2023, 17:24