Dağlıq rayonlarda qar yağıb - Faktiki Hava
Yanvarın 20-si saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Reportyor.azxəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub.
Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 17 sm, Qaxda (Sarıbaş) 12 sm, Zaqatalada (Əlibəy) 10 sm, Qusarda (Laza) 5 sm, Altıağacda 4 sm, Daşkəsən, Xınalıq, Xaltanda 3 sm, Göygöl, Lerikdə 2 sm, Gədəbəydə 1 sm-dir.
Belə ki, düşən yağıntının miqdarı Şabran 3 mm, Tovuz, Balakən, Şəmkir, Biləsuvar, Astara, Yardımlı, Gəncədə 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda 23 m/s, Neftçala, Mingəçevir, Daşkəsəndə 20 m/s, Naftalan, Bərdə, Şəki, Tərtərdə 18 m/s, Ağdamda 16 m/s-yə çatıb.
Balakən, Quba, Qusar, Qrız, Daşkəsəndə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta qeydə alınıb.
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 11:26