mobil versiya

Dörd uşaq anası evdən qaçdı, ər efirə çıxıb... - VİDEO




Bakıda dörd uşaq anası evdən qaçıb.

Xocəsən qəsəbəsində yaşayan qadın yanvar ayının 21-də evi tərk edib.

Arvadı qaçan kişi Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək uşaqlardan ikisini sığınacağa vermək istədiyini bildirib. O, uşaqlardan imtina etmir, sadəcə azyaşlı olduqları üçün onları tək qoyub işə gedə bilmədiyi üçün sığınacağa vermək qərarına gəlib.

Ərin sözlərinə görə, arvadı üçüncü dəfədir, evdən qaçır. O, uşaqlarının anasının başında problem olduğunu deyib. 



KARUSEL / SOSİAL / VİDEOXƏBƏR
Tarix: 19-02-2020, 16:30