mobil versiya

Bəzi yerlərdə qar yağacaq - Xəbərdarlıq



Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Reportyor.az Xidmətə istinadla xəbər verir ki, havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.

Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.


KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 17:09