mobil versiya

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 338 nəfər olub



2025-ci ilin fevral ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 338 nəfər olub.

Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 111 482 nəfəri yaşa, 14 205 nəfəri əlilliyə, 21 651 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.



KARUSEL / SOSİAL
Tarix: Bu gün, 11:51