mobil versiya

Bu gün çərşənbələrin üçüncüsü - Yel çərşənbəsidir


Bu gün Azərbaycanda üçüncü çərşənbə – Yel çərşənbəsi qeyd olunur.

Reportyor.az xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Qeyd edək ki, martın 18-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək. Xatırladaq ki, bu il üçün yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir.


KARUSEL / ÖLKƏ
Tarix: 11-03-2025, 08:37