Bu tarixlərdə avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Martın 19-dan 31-nə kimi avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Reportyor.az xəbər verir ki, bu barədə AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
"Biletləri biletim.az portalından onlayn və avtovağzalların kassalarından əldə edə bilərsiniz".
Bayram günlərində sərnişin axınının çox olduğu nəzərə alınaraq, bölgələrə üz tutacaq vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-03-2025, 11:40